Azərbaycanda son sutkada koronavirus infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BiG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Meymunçiçəyi və digər ciddi xəstəliklərin gizli əlamətlərindən biri allergik səpki ola bilər. Bu barədə rusiyalı immunoloq, tibb elmləri doktoru Vladislav Jemçuqov xəbərdarlıq edib: "Səpkisi olanlara həkimə müraciət etməyi məsləhət görərdim, çünki səpki ilə daha ağır xəstəlik keçirə bilərlər. Məsələn, indi ləkəli qızdırma kimi bir xəstəlik var. Bu, olduqca ağır şeydir. Səpki yarada biləcək
Qarşıdan gələn qış Avropa üçün son 60, hətta 80 ilin ən ağır qışı ola bilər. Bakupost.az xəbər verir ki, bu barədə Rumıniyanın baş naziri Kelemen Hunor bildirib. "Biz Avropa Birliyi olaraq, Rusiyaya qarşı sanksiyaların nəticələrinə dözməliyik. Bu ən ağır qış olacaq, təəssüf ki, son 50-60 ilin ən soyuq qışını yaşayacağıq. Hökumət ölkənin qaz tələbatının yalnız 80%-ni bazardan almaqla ödəyə
Yayın istisində kondisionersiz də otağınızı soyuda bilərsiniz. BiG.AZ "RİA Novosti"yə istinadən xəbər veri ki, bununla bağlı Rusiyanın ilkin tibbi-sanitar yardım üzrə mütəxəssisi Andrey Tyajelnikov məsləhətlərini verib. Onun sözlərinə görə, kondisioneriniz yoxdursa, sərinkeşi yandıra bilərsiniz. O da yoxdursa, qapı-pəncərələri açıb otağınızı havalandırın. "Pəncərənin qırağına
"Whatsapp" statuslarında yenilik olacaq. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq "Whatsapp"da statuslara səs də əlavə etmək olacaq. Müvafiq seçim "status" bölməsində mövcud olacaq. Materialın müəllifinin qeyd etdiyi kimi, mətn statusu, şəkil və ya video əlavə etməyə imkan verən artıq mövcud olan iki ikonanın yanında səsli mesajın yazılması üçün işarə
Sizi kor edə biləcək bir çox göz xəstəlikləri var. Lent.az xarici mediaya istinadla bildirir ki, Lenstore Peşəkar xidmətlər və kontakt linza optik klinikasının rəhbəri Sudjata Polanın sözlərinə görə, müəyyən fəaliyyətlər görmə qabiliyyətiniz üçün ciddi risk yarada bilər və bu xəstəliyin inkişaf riskini artırır. Mütəxəssis siqaret çəkmək kimi tez-tez diqqətdən kənarda qalan pis vərdişdən danışıb.
Məşhur sosial media platforması "Instagram" canlı yayım funksiyasını genişləndirir. "Instagram"da masaüstü kompüter və müxtəlif üçüncü tərəf platformalar vasitəsilə canlı yayım açmaq mümkün olacaq. Instagram OBS, "Streamyard" və "Streamlabs" kimi canlı yayım proqramından istifadə edərək masaüstündən canlı yayım imkanı verən yeni aləti sınaqdan keçirir.
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb. Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib. O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını
Hava şəraitinin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq. Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s,
"Xəzər TV"-də yayımlanan "Komedixana” yumoristik verilişini sərt tənqid edən deputat Etibar Əliyevə sözügedən layihədə rol alan aparıcı-aktrisa Xəyalə Quliyevadan cavab gəlib. O, məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib: "Salam, çox hörmətli deputat! Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya
Moskvanın "Moskviç" avtomobil zavodu İran istehsalı olan avtomobillərin istehsalına başlaya bilər. Bu barədə Rusiyanın Xaricdəki İranlılar Mərkəzinin rəhbəri Mirzay Qazi Abbas Müslim məlumat verib. "Bizim "Moskviç"lə ciddi dialoqumuz var. İran avtomobillərinin Rusiyada "Moskviç" brendi ilə istehsalına dair ilkin razılaşma əldə olunub", - deyə o, bildirib.
Şaftalı həzm sistemini sürətləndirir, buna görə də bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Şaftalı sidik yollarının infeksiya xəstəliyi zamanı çox faydalıdır. Meyvə infeksiyalara qarşı təsir göstərməklə yanaşı, böyrəklərdəki xırda daş və qumları tökdürmək qabiliyyətinə malikdir. Şaftalı böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Tez-tez şaftalı yemək ağız boşluğunda yaraların əmələ