Qan təzyiqi, nəfəs alma sayı, ürək döyüntüsü və vücud istiliyi kimi dəyişikliklər vücudda hansısa problemin olub-olmadığını təsbit etməyə kömək edir. Uşağın yeniyetməlik çağına gəldiyi zaman tək nəfəs alma sayısı, ürək döyüntüsü və qan təzyiqi müəyyən yaşlarda fərqli olur. Medicina.az uşaqlarda ürək vurğusunun, nəbzin sayını təqdim edir. Uşaq aktiv olanda döyüntü yüksək, yatanda az ola bilər. 1
"Küçə ilə müəssisənin daxilindəki temperatur arasında maksimum fərq 6° C-dən çox olmamalıdır". Bunu tanınmış rusiyalı həkim Aleksey Vodovozov isti havada kondisionerlərin təhlükəsiz istifadəsi ilə bağlı məsləhətlərində deyib. Onun sözlərinə görə, uzun müddət çox soyuq hava axını altında olan bir insanın əzələləri ağrıya, boyun və ya bel mioziti yarana bilər. "Bu, xüsusilə çöldə
Qəhvəni nəzarətsiz içmək insanın enerji potensialını pozur. Gecələr içsəniz, yuxuya getməkdə çətinlik çəkə bilərsiniz. BiG.AZ xəbər verir ki, bu sözləri diyetoloq Yevgeni Arzamasçev "Moskva 24" kanalına verdiyi müsahibədə deyib. O, qəhvənin faydaları və zərərləri barədə danışıb. Mütəxəssisin fikrincə, gecələr qəhvə içmək sizə mənfi təsir göstərəcək: ya çətin yuxuya gedəcəksiniz, ya da
Hər 20 qadından biri obstruktiv apnoedən əziyyət çəkir. Adətən qadınlar menopauza dövründə xoruldamağa başlayır. Bakupost.az xəbər verir ki, qadın xorultusu cinsiyyət hormonlarının vəziyyətindən asılıdır. Norveçin Bergen universitetinin alimləri yeni elmi tədqiqatlarında qadın xorultusunun səbəbini araşdırıb. Alimlər 40-67 yaş arası 774 qadının tibbi məlumatlarını incələyib. 71% iştirakçı
1 iyul - Azərbaycanda Bakılılar Günü kimi qeyd edilir. BiG.AZ xəbər verir ki, rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri yarızarafat, yarıciddi belə bir günün olduğunu iddia edirlər. Qeyd edək ki, Xəzər dənizinin qərb sahillərində, Abşeron yarımadasının cənubunda yerləşən tarixi bir şəhər Bakıya küləklər şəhəri də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir və 11
İyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. BiG.AZ xəbər verir ki, ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.
Azərbaycan ərazisində iyulun 2-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə
"Əvvəlki qaydalarda olduğu kimi, bu gündən qüvvəyə minəcək əlilliyin müəyyən olunması meyarlarında bir böyrəyin olmaması əlillik üçün əsas yaratmır. İkinci böyrəyin ağırlaşması hallarında əlillik üçün əsas yaranır". BiG.AZ APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov deyib. Onun sözlərinə