Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil olub. BiG.AZ xəbər verir ki, coğrafi göstəricilərə əsasən, bu gün - iyunun 21-i saat 13:13-də yay fəsli başlayıb. Bu gün ən uzun gündüz və ən qısa gecə yaşanacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəsli rəsmi olaraq sentyabrın 23-dək davam edəcək.

Dərslər sentyabrın 1-dən başlayacaq? - AÇIQLAMA

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı fikirlərə münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunmur: "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3 - cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi

Avstraliyada ilk dəfə hicablı qadın deputat seçildi

Avstraliyada İşçi partiyasından Fatimə Peyman parlamentə seçilən ilk hicablı deputat olub. Sonxeber.az Canberra Times-a istinadən xəbər verir ki, Avstraliya Seçim Komissiyası Qərbi Avstraliya üçün 27 yaşlı Fatimə Peymanın qalib gəldiyini təsdiq edib. Qeyd edək ki, Peyman İşçi partiyasından Ed Husik və Ann Ali ilə birlikdə senatdakı üç müsəlmandan biri olacaq.

Mehmet Ali Erbilin həbsi istənilir

Komediya aktyoru Mehmet Ali Erbil klipində də rol aldığı fenomen Ece Ronay Biliri hədələdiyi iddiası ilə məhkəməyə verilib. OLAY yazır ki, Anadolu Baş Prokurorluğunun hazırladığı iddianamədə 23 yaşlı Bilir adlı şəxsin sosial media hesabı vasitəsilə 65 yaşlı Erbillə tanış olduğu və onların sosial şəbəkədə bir-birini izləməyə başladığı bildirilib. Mahnılarını rəqəmsal platformalarda paylaşan Bilir

Youtube "wargonzo" səhifəsini sildi

Youtube şəbəkəsi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun "wargonzo" səhifəsini silib. BiG.AZ APA-ya istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən rusiyalı hərbi jurnalist Semyon Peqovun "wargonzo" kanalını Youtube şəbəkəsi tamamilə sildiyini açıqlayıb. Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən

Sabah güclü külək əsəcək

İyunun 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək. Havanın

Alimlər arıqlada bilən şəkər hazırladı

Arıqlamağa kömək edəcək, aşağı kalorili qidalar hazırlamaq üçün nəzərdə tutulan dietik şəkər hazırlanıb. Bakupost.az xəbər verir ki, adi şəkərdən 2000 dəfə şirin olan bu əvəzedici məhsulu Kirov institutunun alimləri hazırlayıb. Onlar brazzein zülalından yeni şəkər alıblar. Yeni kəşf şəkərli diabet, gizli şəkər və piylənmə ilə mübarizədə dəstək olacaq. "Bizim əsas məqsədimiz ən şirin zülalın

Smartfonlar keçmişdə qalacaq: Onları nə əvəz edəcək?

Nokia rəhbəri smartfonlardan imtina tarixini proqnozlaşdırıb. "Nokia"nın baş direktoru Pekka Lundmark 6G mobil şəbəkələrinin onilliyin sonuna qədər işə düşəcəyini gözləyir, lakin o, smartfonun o dövrdə ən populyar interfeys (iki elementin qarşılıqlı təsirini təmin edən qovuşma nöqtəsi-red.) olaraq qalacağını düşünmür. Lent.az xarici mediaya istinadla bildirir ki, CNBC ekspertinin