Xalq artisti Tünzalə Ağayeva yeni saç düzümündən şikayət edib. Axşam.az xəbər verir ki, qaynaqlar saçlarını uzadan müğənni səhnədə çətin anlar yaşadığını deyib. Bu haqda "Şourum" proqramında danışan Ağayeva bildirib ki, tamaşaçıya gözəl görünmək üçün çətinliklərə dözür: "Səhnədə çox tərləyirəm. Oxuyuram məndən su gedir. Oxumağımın arasında fen axtarıram. Tamaşaçı səni gözəl görmək
Ukraynanın Odessa şəhərində həlak olan dörd azərbaycanlının cənazəsinin ölkəmizə gətirilməsi hələ də mümkün olmayıb. Əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın meyitləri hazırda Moldovada morqda saxlanılır. Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, cənazələrin gətirilməməsi sənəd problemi ilə əlaqədardır. "Meyitlər Azərbaycana gətirilməli idi,
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı günlərində (mart ayının 15-dən 27-nə kimi) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib. Bildirilib ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. Bundan
Fiziki asılılıq yaradan dərmanlar var, məsələn, damardaraldıcı, yuxu həbləri, antihipertenzivlər, ağrıkəsicilər. Publika.az xəbər verir ki, bunu N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Molekulyar Farmakologiya və Radiobiologiya kafedrasının baş elmi işçisi Vladimir Roqovski deyib. "Prime" agentliyinə müsahibəsində o, belə bir asılılığın 2 növə bölündüyünü bildirib:
Məşhur ulduz Mila Kunis Ukraynada yaşananlara münasibər bildirib. Axşam.az xəbər verir ki, əslən Ukraynadan olan Kunis insanları rusları düşmən bilməməyə çağırıb. Bu haqda aktrisa Mariya Şrayverə müsahibəsində danışıb. "Düşünürəm ki, rusların hamısını düşmən bilməməliyik. Bunu xüsusi vurğulamaq istəyirəm, çünki mediada bu haqda çox az danışılır: "Əgər sən bizimlə deyilsənsə, bizə
Martın 14-ü saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 29 mm, Sarıbaşda (Qax) 17 mm, Beyləqanda 11 mm, Balakən, Oğuzda 9 mm, Altıağac, Lerik, Kişçay (Şəki), Zaqatala, Xaltanda 8
Dövlət Əmək Müfəttişliyi Xidməti martın 19-nun qeyri-iş günü olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. "Report"un məlumatına görə, Dövlət Xidmətinin mətbuat katibi Aynur Osmanqızı xatırladıb ki, Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü
Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlayıb həyata keçirəcək, Nazirlər