Ukraynanın Odessa şəhərində həlak olan dörd azərbaycanlının cənazəsinin ölkəmizə gətirilməsi hələ də mümkün olmayıb. Əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın meyitləri hazırda Moldovada morqda saxlanılır. Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov Modern.az-a bildirib ki, cənazələrin gətirilməməsi sənəd problemi ilə əlaqədardır. "Meyitlər Azərbaycana gətirilməli idi, ancaq sənəd işlərində hələ də problem var. Cənazələrin gətirilməsi üçün böyük məbləğdə pul lazımdır. Ailələrin buna gücü çatmır. Dövlət tərəfindən onlara dəstək verilməsini gözləyirlər", - deyə A.Məmmədov vurğulayıb. Xatırladaq ki, fevralın 27-də Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, üç nəfər isə yaralanıb. Həlak olan şəxslər İsmayılov Rəhim Əli oğlu, İsmayılov Qabil Rəhim oğlu, İsmayılov Nemət Əli oğlu və Salmanov Camal Mirzənəsir oğlu, yaralılar isə İsmayılov Süleyman Nemət

"Odessada ölən azərbaycanlıların nəşi ölkəmizə gətirilmir: "Ailənin maddi imkanı çatmır"" Detayları

İlginizi çekebilecek filmler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!