Ramiz Novruzdan səhhəti ilə bağlı - Açıqlama

“Səhhətimlə bağlı şayiələr yayılıb, həmin məlumat səhvdir”. Bunu “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Ramiz Novruzun səhhəti ilə bağlı danışarkən deyib. “Səhhətimdə narahatlıq var idi, soyuqdəymə idi. Oğlum Cavidan yuxulu-yuxulu dostuna nə isə deyib. Dostu da bunu ayrı cür yayıb. Haqqımda yayılan məlumat səhvdir. Fəxr edirəm ölkəmlə, dövlətimlə, diqqətsiz qoymadılar, dərhal maraqlandılar.

Tbilisidə ictimai nəqliyyatda gediş haqqı 2 dəfə artırılır

Tbilisidə ictimai nəqliyyatda birdəfəlik gediş haqqı artacaq. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək qərar bütün ictimai nəqliyyat növlərini - metro, avtobus və mikroavtobusları əhatə edəcək. Avtobus, metro və mavi mikroavtobuslarla 90 dəqiqə ərzində limitsiz gediş haqqı

İlk SMS 107 min avroya satıldı

Fransada keçirilən hərracda dünyada göndərilən ilk SMS satılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, SMS-i 107 min avroya alan şəxsin kanadalı olduğu və texnologiya sektorunda işlədiyi məlum olsa da, adı açıqlanmayıb. 3 dekabr 1992-ci ildə İngiltərədə “Vodafone”un ozamankı direktoru Riçard Jarvisə Orbitelın telefonu ilə göndərilən və "Milad bayramınız mübarək" yazılan

Depardye gənc aktrisanı zorlamaqda ittiham olunur

Fransız aktyor Jerar Depardye gənc aktrisa Şarlotta Arnonu zorlamaqda ittiham olunur. “Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın özü tviterdə yazıb. “Mən Depardyenin qurbanıyam. Ona bir neçə il əvvəl məhkəmədə ittiham irəli sürülüb. Mən daha susa bilmirəm”, - deyə Arno yazıb. Məlumata görə, insident 2018-ci ilin avqustunda baş verib. “Brytfmonline”nın yazdığına görə, Arno aktyorun keçmiş

Lavrovla Mirzoyan demarkasiya mexanizmlərinin yaradılmasından danışdılar

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyanın telefon danışığı olub. “Qafqazinfo TASS-a istinadən xəbər verir ki, nazirlər telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyini qeyd ediblər. “Telefon danışığı zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 26 noyabr tarixli

Bu gün neçə nəfər yoluxub?

Azərbaycanda bu gün koronavirus infeksiyasına 648 yeni yoluxma faktı qeydə alınıb, 1365 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkadan 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

Qaradağda “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirilib

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda dəyirmi masa keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü, 91-lərdən Tahir Məmmədov, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev,

“Ukraynaya dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”

Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biridir. “Qafqazinfo” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev çox çətin geosiyasi şəraitdə

Bu gündən “Turkovac”ın kütləvi istehsalına başlanıldı

Türkiyənin “Turkovac” peyvəndi üçün təcili istifadə icazəsi verilib və bu gündən kütləvi istehsala başlanılıb. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident Ərdoğan Şanlıurfada videokonfransla “Turkovac” peyvəndinin təcili istifadə icazəsinin verilməsi və kütləvi istehsalına başlanması mərasimində iştirak edib. Türkiyənin

İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi açıldı

İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizinin açılış mərasimi olub. “Qafqazinfo” İran mətbuatına istinadən xəbər verir ki, mərasimdə İran Avtomobil Yolları Nəqliyyatı və İstismar Agentliyinin Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti, Azərbaycanın Təbrizdəki baş konsulu Bünyad Hüseynov, Gürcüstanın Tehrandakı səfirliyinin mədəniyyət attaşesi Georg və Şərqi Azərbaycan valisi

Qaz xətti kəsildi, Xırdalanda 3000 ev qazsız qaldı

Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan kəndi ərazisində bir neçə nəfər qaz xəttini qanunsuz olaraq kəsərək, yerini dəyişdirməyə cəhd ediblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, hadisə yerinə gələn “Azəriqaz” əməkdaşları bu cəhdin qarşısını alıblar: “Ancaq hadisəni törədənlər yük maşınını xəttin altından çəkmədikləri üçün, 3000

Mask şantaja boyun əymədi - Ərdoğan

Türkiyə əleyhinə lobbilərin şantaj və təzyiqlərinə boyun əymədiyi üçün İlon Maskı və "Speys X"i təbrik edirəm. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Türksat 5B" süni peykinin orbitə buraxılması ilə bağlı açıqlamasında deyib. "Peykimiz 42 dərəcə şərq orbitində xidmət edən və televiziya yayımının yükünü daşıyan "Türksat 3A"