"Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu". MAY.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyir. Dövlət başçısı bildirib ki, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq: "Bu gün Azərbaycan xalıq müzəffər xalq
Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Şəhid ailələrinin üzvləri 44 günlük İkinci Qarabağ müharibəsinin xatirələrini bölüşərək itirdikləri əzizlərinin xatirəsini yad edirlər. MAY.AZ Axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramovadır. O, müharibədə bir çox yaxınının iştirak etdiyini və onlardan yalnız ona yaxın olan,
Azərbaycanda sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən MAY.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz
İranda ötən sutka ərzində 288 nəfər koronavirusdan (COVID-19) ölüb. MAY.AZ APA-ya istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 119360 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 13792 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5533520 nəfərə çatıb.
Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür. MAY.AZ xəbər verir ki, bu müharibədə bizə öz canı bahasına qələbə bəxş edənlərdən biri də Hüseynov Sənan Vidadi oğludur. 1 aprel 1996-cı il tarixində Qazaxıstanda doğulan Sənan əslən Füzuli rayonunandır. 2008-ci ildə ailəsi ilə Azərbaycana köçüb. 2016-cı ildə hərbi xidməti başa vurub, evə qayıtmalı olduğu zaman aprel döyüşləri
Müdafiə Nazirliyi 27 sentyabr – Anım Gününə həsr olunmuş "Qəhrəmanlıq salnaməsi" adlı videosüjet hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, videosüjetdə Şuşa döyüşlərindən yeni görüntülər də yer alıb. Həmin kadrları 08:20-ci dəqiqədən etibarən izləyə bilərsiniz:
Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. “Qafqazinfo” xəbər verir ki, saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq dualar oxuyub, sürücülər avtomobillərinin hərəkətini dayandıraraq siqnal veriblər. Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından
Ermənistan İkinci Qarabağ müharibəsində 3781 canlı qüvvə itki verdiyini açıqlayıb. “MAY.AZ” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. Bildirilir ki, 2021-ci il sentyabrın 27-nə olan məlumata görə, 231 hərbçi itkin düşmüş hesab olunur. Bununla yanaşı qeyd olunur ki, Azərbaycan Ermənistana 108 hərbi əsiri geri qaytarıb. Qeyd edək ki, bu rəqəmlər Ermənistanın 44