Qısa müddət ərzində dünyanı cənginə alan koronavirus haqqında yeni bir iddia ortaya çıxıb. MAY.AZ yenicag.az-a istinadən xəbər verir ki, 2018-ci ildə çəkilən bir Koreya filmində bu virusdan bəhs olunub. Bu barədə türk vətəndaşı sosial şəbəkədə paylaşım edib. Videoda virus haqqında bu gün eşitdiyimiz və baş verən hadisələr barədə məlumat verilir. Videonu təqdim edirik:
Türkiyənin məşhur gənc aktrisası Cansın Çekili koronavirusa yoluxub. Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc aktrisa sosial şəbəkədəki səhifəsində yaşadığı çətin anları danışıb. O, bildirib ki, 20 gün allergiya və bronxitlə mübarizə aparıb: "Öncə elə bildim ki, bronxit xəstəliyinə tutulmuşam. Amma dünən analizimin cavabı pozitiv çıxdı. Hazırda evdə karantindəyəm.
"Formula 1"-in keçmiş başçısı, 89 yaşlı milyarder Berni Çarlz Ekklstoun iyul ayında ilk dəfə oğul atası olacaq. MAY.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, dördüncü övladının anası 44 yaşlı Fabiana Flosidir. "Bəli, yayda övladım dünyaya gələcək. Ümid edirəm ki, o, tez bir zamanda nərd oynamağı öyrənəcək. Sözün düzü, bu xəbərin niyə bu qədər səs-küy yaratdığını
Didye Droqba və Samuel Eto'O fransalı alimlərin koronavirus pandemiyasına qarşı peyvəndi Afrikada sınaqdan keçirmək təklifinə sərt reaksiya veriblər. MAY.AZ qol.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən afrikalı keçmiş veteran futbolçular bu materikin sınaq labaratoriyası olmadığını qeyd ediblər. Fil Dişi Sahilindən olan Droqba afrikalı liderləri vətəndaşlarını qorumağa
Bütün dünyanın mübarizə apardığı koronavirus bu günə qədər 200-dən çox ölkəyə yayılıb və 1 milyondan çox insan virusa yoluxub. Publika.az xəbər verir ki, risk qrupunun 60 yaşdan yuxarı olduğu bildirilsə də, son günlərdə gənclərin, hətta azyaşlı və körpələrin yoluxma, ölüm faktı qeydə alınıb. Məşhur iş adamı İlon Maskın uşaqlarda koronavirusa qarşı immunitetin olmasını iddia etdiyi ilə bağlı
Türkiyədə koronavirus səbəbi ilə daha bir serialın çəkilişləri təxirə düşüb. Axşam.az xəbər verir ki, İlker Kalelinin baş rolunu canlandırdığı “Öyretmen” serialının ekranlaşdırılmasına fasilə verilib. Qeyd edək ki, ekran işi “Fox Tv”də yayımlandırdı.
İngiltərənin "Norviç" klubunda çıxış edən Timm Kloze "Instagram"da etdiyi bir paylaşımda özünü biabır edib. MAY.AZ fanat.az-a istinadən xəbər verir ki, karantində gününü necə keçirdiyini izləyicilərinə göstərmək istəyən isveçrəli futbolçu foto paylaşıb. Buzaman kompyuterin ekranında porno sayt açıq qalıb və fotoda saytın adı görünüb. Kloze görüntünü paylaşdıqdan sonra sosial
COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir. Lenta.ru-nun məlumatına görə, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar. Xəstəliyin simptomları aşkar edildiyi ilk
Nidelandda koronavirusa yoluxma hallarının sayı 15 723-ə çatıb. Bu barədə ölkənin Milli Səhiyyə İnstitutu məlumat yayıb. Son sutka ərzində Niderlandda koronavirusa 1026 yeni yoluxma halı qeydə alınıb, 148 nəfər həyatını itirib. Ölkədə COVID-19-dan ölənlərin sayı 1487 nəfərdir.
Dünyanın məşhur brendləri koronavirus infeksiyasından sonra mağazalarını və fabriklərini bağlayıb. Axşam.az xəbər verir ki, onlar geyim tikməyi dayandırıblar. Əvəzində isə COVİD19-dan qorunmaq üçün maska, tibb həkimlərinə geyimlər tikmək qərarına gəliblər. Prada, Gucci, Salvatore Ferragamo, Fendi, Valentino, Celine, Dior, Burberry, Emporio Armani və digərləri bunun üçün güclərini birləşdiriblər.
İspaniya koronavirusa yoluxanların sayına görə İtaliyanı keçib. Worldometers.info-nun məlumatına görə, İspaniyada koronavirusa yoluxanların sayı 117 710 nəfərə çatıb. Bununla da, ölkə yoluxmaların ümumi sayına görə, İtaliyadan (115 242 nəfər) önə keçib. Qeyd edək ki, İspaniyada 10 935 nəfər virusdan həyatını itirib.
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BiG.AZ-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis