"Axır ki, uşaqlarımız üzümü gördülər. Karantin dövründə onları daha bezdirk ki, işləyəndə evə gəlməyimizi istəməsinlər. Evdə qal prinsipi əla gedir. 20 gün içində cəmi iki dəfə evdən çıxdım, o da həkimə getmək üçün". MAY.AZ xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli rejissor Nail Naiboğlunun "İri plan" layihəsində deyib. "Niyə sizi varlı müğənni hesab edirlər"
"Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbrli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bir çox
"Təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır". "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib. "Onlara müvəqqəti olaraq dövlət tərəfindən əməkhaqlarının əhəmiyyətli hissəsi ödəniləcək. Eyni zamanda
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsini açıqlayıb. MAY.AZ Trend-ə istinadən bildirir ki, TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində
Sosial şəbəkələrdə bərbərxanaların və gözəllik salonlarının fəaliyyətinin davam etdirməsi ilə bağlı müzakirələr gedir. Məsələ barədə Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib: “Xüsusi karantin rejimi
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır”. Bu barədə MAY.AZ-a Komitədən məlumat verilib. Məlumatda qeyd edilir ki, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat
“Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb”. APA-nın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur: “Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat
Çinin Uhan şəhərində meydana çıxan və qısa müddətdə bütün dünyanın cənginə alan koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni açıqlama yayıb. MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilat COVİD-19-un hava yolu ilə yoluxmadığını, virusun xəstə insanların öskürməsi, asqırması və ya danışması zamanı yayıla biləcəyini açıqlayıb. Tüpürcəklərin havada qala bilməyəcək qədər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Report”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Məşğulluq və sosial məsələlərlə bağlı İşçi Qrup vətəndaşların sosial
Koronavirusun səthlərdə qalıcılıq müddəti müxtəlifdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən MAY.AZ-a verilən məlumata görə, virus plastik üzərində 5 gün, kağız üzərində 4-5 gün, şüşə üzərində 4 gün, taxta üzərində 4 gün, dəmir üzərində 48 saat, rezin əlcək üzərində 8 saat, aliminium üzərində 2-8 saat ərzində qala bilir. Bu səbəbdən də evdə gün ərzində toxunulan əşyaların səthi tez-tez
Şəmkir rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda təqsirli bilinən Asif Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Asif Musayev 1997-ci il təvəllüdlü Şəmkir rayonu, Sabirkənd kəndində anadan olub. Həmin kənddə yaşayan Asif Musayev orta təhsillidir, heç bir yerdə işləməyib. Evlənmək başına bəla oldu Asif Musayev yetkinlik yaşına çatmayan qızla ailə həyatı qurduğu
“Dünyada artıq koronavirusa yoluxanların sayı 600 minə çatıb. Bu rəqəm dayanmadan artır”. Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib. O bildirib ki, həm dünya ölkələri üzrə, həm də Azərbaycanda koronavirusla bağlı yoluxma hallarının sayında artım