Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusdan qorunmanın yeni qaydalarını açıqlayıb. Akademiyadan BiG.AZ-a bildirilib ki, AMEA-nın Biofizika İnstitutunda koronavirus (COVID-19) və ondan qorunma yolları barədə müzakirələr aparılıb, bir sıra vacib məlumatların ictimaiyyətə çatdırılması vacib hesab edilib. Qeyd olunub ki, koronaviruslar ümumi soyuqdəymə kimi tənəffüs yollarının
Ölkəmizdə Koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə, polisin gücləndirilmiş iş rejimindəki
Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə hökmən tibbi müayinədən keçiriləcək. “Report” xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamında
ABŞ-ın Nevada əyalətinin qubernatoru Stiv Sisolak koronavirus infeksiyasının yayılması ilə bağlı ərazidəki bütün kazinoların bağlanacağını elan edib. MAY.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" yazır. Siyasətçinin əmrinə əsasən, Nevada ştatındakı kazinolar, barlar, kinoteatrlar və idman zalları fəaliyyətini dayandıracaq. Restoranlar bağlamacaq,
Bu gün Parlamentin Sədri Sahibə Qafarova koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncamda aşağıdakı məsələlər öz əksini tapıb: - Milli Məclisin komitə və komissiyalarının iclaslarının, Milli Məclis Aparatının və İşlər İdarəsinin toplantılarının
Bakıda və Abşeron yarımadasında martın 19-da arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Bu barədə MAY.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə
Hökumət üzvləri ilə görüşdə Rusiya lideri Vladimir Putin vətəndaşlardan "COVID-19" koronavirus infeksiyası ətrafındakı vəziyyətlə əlaqədar hökumət tərəfindən görülən tədbirlərə anlayışla yanaşmalarını istəyib. MAY.AZ-ın RT-yə istinadən verdiyi xəbərə görə, dövlət başçısının koronavirusla mübarizə tədbirlərinin mülkiyyət və idarə səviyyəsindən asılı olmayaraq bütün təşkilatlar və
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana qurumun məsləhətçisi qismində səfər etmiş professor Önder Ergönülün "HaberTurk" telekanalına müsahibəsi ilə bağlı bəyanat yayıb. "Report" xəbər verir ki, bəyanatda açıqlamanın onun şəxsi fikirləri olduğu və ÜST-nin rəsmi mövqeyini əks etdirmədiyi bildirilib. "ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq əhaliyə müraciət edib. BiG.AZ xəbər verir ki, beynəlxalq təşkilat bununla bağlı kampaniyaya başladığı #evdəqal həştəqi ilə insanları evdə qalmağa və həyatları xilas etməyə çağırıb. "Siz də təşəbbüsə qoşulun, koronavirusa yoluxma riskinizi azaldın", -
Vətəndaşlarımızın Macarıstandan təxliyyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib. “Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixindən 31 mart tarixinədək “WizzAir” şirkətinin