Respublika QİÇS-lə Mübarizə Mərkəzi əhalinin İnsanın İmmun çatışmazlığı virusu (İİV) barədə biliklərinin öyrənilməsi məqsədi ilə Bakı küçələrində sorğu keçirib. Sorğuda İİV-in yoluxma və ondan müdafiə yolları, müalicə, İİV-lə yaşayan inşalara qarşı stiqma və diskriminasiya barədə suallar verilib. Sorğu iştirakçılarına İİV haqqında broşur, buklet, maykalar və s. paylanılıb.
Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var. BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə
Azərbaycanda 64 yaşında ana olan qadının dünyaya gətirdiyi əkiz uşaqlarla bağlı yeni xəbər var. Modern.az saytının məlumatına görə, körpələrin 64 yaşlı anası və 70 yaşlı atası artıq uşaqlara ad veriblər. Belə ki, ailənin yaxınlarının saytımıza bildirdiyinə görə, biri oğlan, digəri qız olan körpələrə İlham və Mehriban adları qoyulub. Yaşlı valideynlər əkiz körpələri Azərbaycan Prezidenti və onun
Bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar” sərlövhəli məqalədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin guya Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb.
"Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin" verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb: "O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc
Rusiyada yaşayan azərbaycanlı məşhur iş adamı "Pokrov Məhərrəm" kimi tanınan Məhərrəm Quliyev yenidən həbs edilib. BiG.AZ bildirir ki, bu barədə gununsesi.org-a Rusiyada yaşayan soydaşlarımız məlumat verib. Məlumata görə, Məhərrəm Quliyev bu dəfə saxta sənəd ittihamı ilə saxlanılıb. Lakin yaxınları onun bu həbsinin də qurama olduğunu deyib. Belə ki, bir müddət əvvəl də həbs edilən
Tanınmış model və bloqer Ramina Abbasovanın Oxu.Az-a müsahibəsi: - Ramina, sizi tanımayan oxuyucularımıza özünüzü tanıdın. - 1992-ci ildə Bakıda anadan olmuşam. Ailəm üç nəfərdən ibarətdir: anam, atam və mən. Ailənin yeganə övladıyam. Çoxşaxəli insanam. Həm model, həm aktrisa, həm bloqer, həm də “viner”əm. 18 yaşımdan incəsənət sahəsinə yönəldim. Hazırda isə başım ifaçılıq sənətinə qarışıb.
"Son zamanlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir". Bu barədə MAY.AZ-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Qeyd olunub ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri
Bu gün Azərbaycan əhalisindən gələn sosial çağırışlar sırasında ən çox dilə gətirilən və müzakirə olunan uşaq pulu məsələsidir. Hökumətdən hələ ki, bu məsələ ilə bağlı adekvat reaksiya verilməsə də, ekspertlər uşaq pulunun verilməsini vacib hesab edirlər. Qeyd edək ki, Azərbaycanda “uşaq pulu” sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan “uşaq
“Bədənimiz yaxşı qamətdə olmayanda bəzi əzələlərimiz qısalır, bəziləri gərilir. O uzun müddət ərzində yaranır və vücudumuz düz olmayan qamətə öyrəşir. Qısalmış əzələ və onurğanın xırda oynaqların hərəkət həcmi azalır, onlar ağrı mənbələrinə çevrilə bilər və asanlıqla zədələnir". BiG.AZ e-tibb.az-a istinadən bunu Mərkəzi Gömrük Hospitalının həkimi, həkim-fizioterapevt Səidə Kərimova
“Sünnətin faydaları çoxdur. Məsələn, sünnət edilən uşaqlarda sidik yolu infeksiyaları daha az olur və kişi cinsiyyət orqanı xərçəngi onlarda daha az müşahidə edilir. Yoluxucu xəstəliklərə də sünnət olmayan kişilərdə daha çox rast gəlinir". MAY.AZ bildirir ki, bunu lent.az-a müsahibəsində uşaq cərrahı və uroloqu, uzman həkim Allahverdi Musayev deyib. Həkim bildirib ki, sünnət prosesi 2-12 ay
Göyçay rayonunda 16 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan rayon sakini Əli Abdurəhmanovun barəsində cinayət işi başlanıb. Teleqraf.com xəbər verir ki, Əli Abdurəhmanova Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, o, 15 yaşlı qızla cinsi əlaqədə