Bakıda 47 yaşlı qadın itkin düşüb. BiG.AZ apa-ya istinadən xəbər verir ki, şəhər sakini Vəkil Tağıyev Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, həyat yoldaşı, 1972-ci il təvəllüdlü Bafa Tağıyevanın ötən gün evdən çıxaraq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getdiyini və geri qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.
Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 11 cinayətin üstü "isti izlər"lə açılıb. "Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən BiG.AZ-a verilən məılumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər,
Xardal, sprit və yumurta ağından hazırlanan məhlul bir çox xəstəliyi müalicə edir, ağrıları aradan qaldırır. Qədim hind resepti əsasında hazırlanan qarışıq xüsusilə kürək və oynaq ağrılarına, o cümlədən zədələnmiş dəriyə müsbət təsir göstərir. Bunun üçün 50 ml komfora spiritini, 50 qram xardal tozu və 5 orta ölçülü toyuq yumrutasının ağını bir qaba töküb məcun halını alana qədər qarışdırın.
Bakıya qonaq gələn gənc qız itkin düşüb. BiG.AZ Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şamaxı rayon, M.P.Vaqif küçəsi 22 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Şükürova Günay Ağagül qızı Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi 181 saylı evə qonaq gəlib. G.Şükürova evin yaxınlığındakı mağazaya ərzaq almaq üçün gedib və bir daha geri qayıtmayıb.
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Rayonun İsmət Qayıbov küçəsində baş verən hadisədə Elman Həsənalıyev su arxından elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan onu cərəyan vurub. E.Həsənəliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.(oxu)
"Məni sevən var ki, qısqanan da olsun?". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri "5/5" verilişində deyib. Sənətçi sevgisizlikdən gileylənib: "Hər zaman eybəcərlərin bəxdi yaxşı olur. Məni sevən yoxdur".
Türkiyənin məşhur müğənnisi Tarkan növbəti dəfə konsert verib. BiG.AZ "Ölkə.Az"a istinadla xəbər verir ki, ifaçının bu konsertində romantik anlar yaşanıb. Belə ki, Tarkan ən məşhur mahnısı olan "Beni çok sev"i həyat yoldaşı Pınarın gözlərinin içinə baxaraq ifa edib. Bu zaman Pınar göz yaşlarını saxlaya bilməyib. Ətraflı videoda izləyə bilərsiniz:
İngilis futbolşu Rio Ferdinand ilə aktrisa Keyt Uright bu gün evlənir. BiG.AZ axşam.az-a istinadən bildirir ki, cütlüyün toyu Türkiyənin Marmaris bölgəsində məşhur otellərdən birində keçiriləcək. İngilis mediası otel üçün "Cənnətin bir köşəsi" yazıb. Bahalı otelin bir gecəsi 3-5 min funt-sterlinq arasındadır. Lorenz, Tate və Tia adındakı uşaqlarının anasını xərçəng ucbatından
Daxili işlər orqanlarında yeni təyinat olub. BiG.AZ "Report”a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general mayoru Elxan Həsənov vəzifəsindən azad edilib. O, Daxili İşlər Nazirliyində yüksək vəzifə təyin olunub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Sükan arxasında telefon istifadə etməklə “qəhrəmanlıq” edən, qəza şəraiti yaradan sürücülər qanun qarşısında cavab verəcək. Bu sözləri Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün paytaxtın Heydər Əliyev prospektində baş verən qəzaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sükan arxasında sürücünün mobil telefonla danışması,
Fransanın Dijon şəhərində körpələrə Cihad adı qoyulması qadağan olunub. BiG.AZ musavat.com-a istinadən bildirir ki, buna əsas olaraq ictimaiyyətin neqativ reaksiya göstərə bilməsi və bununla uşağa zərər yetirə bilməsi ehtimalı göstərilib. "Məhkəmə belə bir adın azyaşlı vətəndaşlarımız üçün zərərli olacağını və ona problem yaradacağını düşünür", - Dijon prokuroru Erik Mate bildirib.
Son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən ciddi sosial-iqtisadi islahatlar həyata keçirilir. Həmin islahatlardan biri minimum əməkhaqqının və pensiyaların artırılmasıdır. Ölkə başçısının qərarları əhali tərəfindən də müsbət qarşılanıb. İslahatlar əhalinin sosial rifahında həlledici rol oynamaqla yanaşı, 2015-ci ilə qədər iqtisadi aktivliyin sürətlə bərpasına,