Türkiyənin məşhur aktyoru Kamal Sunalın oğlu Ali Sunal ikinci dəfə evlənməyə hazırlaşır. Axşam.az xəbər verir ki, aktyor cənubi azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə ailə quracaq. Cütlük ailə arasında nişan mərasimi də təşkil edib. Ali ilə Nazlının toyu yaya planlaşdırılır. Onlar ÇABA dərnəyinin layihələrində birgə işləyərkən tanış olublar. Qeyd edək ki, Ali Sunal 2011-2012-ci illərdə aktrisa
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı törədilən vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres
Yanvarın 24-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, 24.01.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il yanvarın 23-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.
"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur. Bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir”. BAKU.WS-in məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib. Prezident deyib ki, qonşularla münasibətlər hər bir ölkə üçün prioritet
Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə yekunlaşıb. BAKU.WS-in məlumatına görə, məhkəmənin hökmü ilə G. Bayramlı 3 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, Gözəl Bayramlı 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Gürcüstandan
Mərhum xalq artisti İlhamə Quliyevanın şərəfinə içki hazırlanması ailəsinin narazıçılığına səbəb olub. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, mərhumun bacısı Gülbahar Quliyeva “Hər şey daxil”ə açıqlamasında xalq artistinin adının belə şeydə hallanmasını istəmədiklərini deyib: “Bu nə biabırçılıqdır? Səviyəsiz söhbətlərdir, mən buna görə narahatam. Bu, yubiley münasibətilə hazırlanan bir
Rusiyada arıqlamaq üçün nəzərdə tutulmuş DNP (Dinitrofenol) preparatının satışı ilə məşğul olan sayt bağlanıb. BAKU.WS xəbər verir ki, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Federal Nəzarət Agentliyi bu dərman preparatının ölümcül təhlükəli olduğunu bildirib. Agentliyin məlumatına görə, reklam sayəsində məşhurlaşan arıqladıcı preparat hər hansı bir dərman, qida əlavəsi və ya
"Anar 10 nəfər "vorzakon" toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun". BAKU.WS-in məlumatına görə, bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib. "Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin oğlu Murad Qulubəyli Arzu Əliyevanı təbrik edib. BAKU.WS-in məlumatına görə, Murad Qulubəyli bu barədə şəxsi Instagram hesabında yazıb. O, Arzu Əliyeva ilə fotolarını paylaşıb və bunları yazıb: "Happy Birthday Dear Arzu!" Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Arzu
Türkiyə Silahlı Qüvvələri Afrin vilayətinin terrorçulardan təmizlənməsi üçün başlatdığı “Zeytun budağı” əməliyyatında ikinci şəhid verib. BAKU.WS-in məlumatına görə, əməliyyatın 4-cü günündə baş leytenant 30 yaşlı Oğuz Kaan Usta şiddətli döyüşlər zamanı şəhid olub. Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşğlu Twitter səhifəsində həmyerlisinin şəhid olduğu xəbərini verərkən onun qanının yerdə
“O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir” BAKU.WS-in məlumatına görə, bu sözləri Yenicag.az-a açıqlama verən Anar Nağılbaz deyib. Repçi açıqlamasında keçmiş xanımının onu şərlədiyini deyib: “O məni ömrümboyu şərləyib, bu gün də şərləməkdə davam edir. Küçələrə düşmüşəm, həyatım təhlükədədir. Onun oturub-durduğu adamlar məni hədələyir.
Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başlayıb. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib. O bildirib ki, ikinci əl avtomobil bazarında bu ilin əvvəlindən etibarən dizellə işləyən avtomobillər daha çox satılır. Buna da səbəb benzinin qiymətinin artmasıdır. Nəticədə dizellə işləyən 2000-ci illərə aid köhnə E və C klass “Mercedes” və Opel modellərindən