Azərbaycanda dəhşətli hadisə: ata 13 yaşlı qızını qətlə yetirdi

Quba rayonunda qətl hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, hadisə rayonun Alpan kəndində qeydə alınıb. Kənd sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı Səfurəni bıçaqlayaraq qətlə yetirib. Atanın ruhi xəstə olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir.

ANS kollektivindən Azərbaycan Prezidentinə açıq məktub

ANS Teleradio və Media Şirkətinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. İstiPress-in məlumatına görə, açıq məktub aşağıdakı kimidir: Hörmətli cənab Prezident! Vaxtınızı açıq məktubla almağımızın səbəbi çox ciddidir. Bütün cəhdlərimizə, qapı-qapı düşüb ədalət axtarışı təşəbbüslərimizə baxmayaraq, yeddi aya yaxındır ki, ANS-in fəaliyyəti dayandırılıb.

Yola duz səpən yol polisi haqda yeni xəbər (VİDEO, FOTO)

Millət vəkili Aydın Mirzəzadə bir neçə gün əvvəl sosial şəbəkələrin ulduzuna çevrilmiş yol polisi ilə görüşüb. BAKU.WS-in məlumatına görə, millət vəki bu haqda Facebook sosial şəbəkəsində yazıb: Bu da günümüzün qəhrəmanı olan yol polisi baş serjantı Teymur Süleymanov. Dünən sosial şəbəkələrdə srağagünkü axşam qarlı havada maşınların sürüşməməsi üçün yola öz təşəbbüsü ilə duz səpən yol polisi

Azərbaycanda banklar dolların qiymətini kəskin ucuzlaşdırdı

Bu gün bir sıra banklar dolları ucuzlaşdırıblar. May.Az-in Marja-ya istinadən məlumatına görə, günorta saatlarında dolların satış qiymətini "Unibank” 1.97 manatdan 1.95 manata, "Amrahbank” 1.96 manatdan 1.95 manata, "Nikoilbank” 1.99 manatdan 1.98 manata, "Yapı Kredi Bank” 1.9640 manatdan 1.96 manata endirib. 30 yanvarda 1 dolları 1.9650 manata satan Kapital Bank bu gün 1.95

Azərbaycanlı müğənnidən gözlənilməz etiraf: “Maşın “podpres”i oğurlayıb satırdım” (VİDEO)

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Emil Bədəlov maraqlı açıqlamalar verib. Sevilən ifaçı uşaqlığından və atasız böyüməyindən söz açıb: "5 yaşımda atamı itirmişəm. Atam Namiq Bədəlov da musiqiçi olub. Anam bizi böyüdüb, həm analıq, həm də atalıq edib. Amma müəyyən məqamlar olub ki, atasızlığı hiss edibsən. Bir bacı, bir qardaşıq. Bacım da

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Dövlət xadiminin anadan olmasından 133 il ötür Bu gün Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur