Yenidən doğulaydım. İnanaydım hər sözə, Günahsız, saf qalaydım, Güləydim hər xoş üzə. Bilməyəydim yalan nə? Paxıllıq, kin-kidurət, Aldadan, aldanan nə? Mərdimazar, pisniyyət, Ayrılığı salan nə? Kaş ki, uşaq olaydım. Nə dərd olaydı, nə sər, Nə çəkdiyim acılar, Nə çiynimdəki yüklər! Kaş ki, uşaq olaydım Dünya xoş görünəydi, Gündüz kimi gecələr, Duyduğum nağıllar tək, İşığa bürünəydi…… Kaş ki, uşaq
Litvanın ən məşhur transvestiti Aqnes Landau günü gündən öz fanatlarının sayını artırır. May.Az-in məlumatına görə, Litvanın sevgi simvolu Avropanı öz açıq şəkilləriylə şoka salmağa davam edir. Riqa tamaşaçısı bu ilin yazında Aqnes Landaunu tanıdıqdan sonra o, qısa zamanda məşhurlaşıb. Xüsusilə Instagram-da onu izləyənlərin sayı 40 mini ötüb. Tez-tez şəkillər paylaşan Aqnesi sevənlər çoxdur.
İstanbulda yerləşən diskotekalarda polislər tərəfindən aparılan əməliyyat nəticəsində fahişəliklə məşğul olan 40 qadın saxlanılıb. Onlardan 38-i başqa millətdəndir, 20-si isə ailəlidir. May.Az bildirir ki, polisə bəzi diskotekalarda xarici vətəndaş olan qadınların pul qarşılığında fahişəlik etdiyinə dair şikayət daxil olub. Bundan sonra bir polis müştəri kimi diskotekaya gedib. Diskotekada
Bakıda bədbəxt hadisə baş verib. May.Az DİN-nin saytına istinadən xəbər verir ki, Binə qəsəbəsində yaşayan Vaqif Ağayev sərxoş vəziyyətdə mənzillərinə qalxarkən pilləkəndən yıxılıb. Kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilən V.Ağayev sentyabrın 20-də orada ölüb.
Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub. May.Az Report–a istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib. Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov,
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. "Qafqazinfo "nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, C.Hacıyevin vəkilləri vəsatət verərək Beynəlxalq Bankdan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik
Sentyabrın 22-nə manatın məzənnəsi açıqlanıb. Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 22.09.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6331 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, sentyabrın 21-də də USD/AZN rəsmi məzənnəsi 1,6331 manat təşkil edib. Şahin Həbibov
Azərbaycandan xaricə xəz dərini çıxaranlar rüsum ödəyəcəklər. "Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə təklif göndərib: "Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq.
Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses müşavirədən sonra davam etdirilib. APA-nın xəbərinə görə, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib. Qeyd edək ki, Milli Televiziya və Radio
Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir. APA xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən May.Az-a verilən məlumata görə, müşavirədə regionda mövcud olan hərbi-siyasi vəziyyət təhlil edilərək müəyyən edilmiş əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin
Göyçay rayonunda intihara cəhd olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçayın Bığır kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Salmanova Roza Eynulla qızı yaşadığı evin həyətindəki ot tayasını yandırıb. Qadın özünü odun içinə ataraq öldürmək istəyib. Roza Salmanova ağır yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda qadının