Tanınmış azərbaycanlı ekstrasens fəaliyyətinə xitam verib

Tanınmış azərbaycanlı ekstrasens Zərinə Ulduz fəaliyyətinə xitam verib. Bu barədə May.Az-a ekstrasens sosial şəbəkədə məlumat yayıb. O deyib ki, ekstrasenslik fəaliyyətini dayandırmasında ailəsinin təsiri olub. O deyib ki, iş adamı olan həyat yoldaşı ondan fəaliyyətinə son qoymasını istəyib. Seçim qarşısınmda qalan ekstrasensn xanım ailəyə üstünlük verib.

Təkcə ərzaq məhsullarına 9,3 mlrd. manat xərclənib

2016-cı ilin yanvar-avqust aylarında istehlakçılara 18 mlrd. 463,7 mln. manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,2% çox məhsul satılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,2%, qeyri-ərzaq məhsulları üzrə isə 0,8% artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət

Azərbaycanda abort edən məktəbli qızların – Dəhşətli statistikası

Ötən il Azərbaycanda 27 452 qadın aborta gedib ki, onlardan 16 031 nəfəri 15-29 yaş arasında olan gənclərdir. Dövlət Statistika komitəsindən verilən məlumata görə, 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Həmin qadınlardan 50 nəfəri isə 15-17 yaş arasında olanlardır. 18-19 yaş aralığında olan 1425 qadın, 20-24 yaş arası 5983 qadın, 25-29 yaş arası 8573

“Bizdə benzinin qiyməti çox ucuzdur” - Rövnəq Abdullayev

"Azərbaycanda benzin çox ucuzdur”. May.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Azərbaycana benzin idxalı artıq dayandırılıb: "Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir.

Birinci sinfə qəbula gecikənlərə əlavə şans verildi

Bakıda I sinfə qəbul prosesində gecikənlər üçün qəbul prosesi sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İdarədən verilən məlumata görə, hazırda I sinfə qəbul prosesi elektron qaydada davam edir. Proses sentyabrın 15-nə kimi ümumtəhsil məktəblərində aparılıb, gecikənlər üçün isə sentyabrın 15-dən oktyabrın 15-nə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində

Prezidentdən icra hakimiyyəti orqanlarına qadağa

Azərbaycan Prezidenti İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Sərəncamda qeyd olunur ki, icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini

İş saatı bitən maşinist qatarı saxlayıb evə getdi

İspaniyada maraqlı hadisə baş verib. Santanderadan Madridə gedən qatarın sürücüsü iş vaxtının bitdiyi üçün qatarı tərk edib. Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb. 100-ə yaxın sərnişini olan qatarı Osorno stansiyasında saxlayaraq tərk edən sürücü bildirib ki, "İş saatım bitib, əgər mən iş saatımdan artıq işləsəm yorulmuş olaram və qəza riskidə artar,

Səngəçal vahimədə: İŞİD-çilər qəsəbəni ələ keçirib - FOTOLAR

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində gizli ekstremist təşkilatın fəaliyyəti de-şifrə olunub Bu barədə qəsəbənin 3-cü massiv ünvanında yaşayan Əlihəsən Vəzir oğlu Fərəcullayev Politika.Az-a yazıb. Bildirib ki, dəstəyə Fərəcullayev Kamil Babaqeys oğlu rəhbərlik edir. Onun sözlərinə görə, Kamil camaatı qanunsuz fəaliyyət göstərən məscid rəhbərləri - Lazım və Səyyar Əndəliyevlərə itaət

Səddam Hüseynin edamdan öncə dediyi son sözlər açıqlandı

İraqın keçmiş Milli Təhlükəsizlik müşaviri Mofak Ruba, 10 il əvvəl Səddam Hüseynin edama aparılarkən heç bir peşmançılıq duymadığını bildirib. Anadolu agentliyinin məlumatına görə, Ruba açıqlamasında Səddam Hüseynin 2006-cı ilin Qurban bayramı ərəfəsində edam edildiyini xatırladaraq deyib: "Səddamın edamı, onun Amerika qüvvələri tərəfindən İraq hökumətinə təhvil verilməsindən sonra baş

Təhsil nazirindən Bilik Günü təbriki

"Əziz müəllimlər, şagirdlər və valideynlər, sizi 15 sentyabr - "Bilik günü” münasibətilə təbrik edir, cansağlığı və uğurlar arzulayıram. Yeni tədris ili bizim ən böyük dəyərlərimizdən biri olan – müstəqillik tariximizin 25-ci ilinə təsadüf edir. Hər bir xalqın inkişafının ən böyük zirvəsi müstəqil dövlətə malik olmaqdır. Bu tarix həm də müstəqil ölkəmizin maarif, mədəniyyət tarixidir.

Bakıda musiqiçi iş başında öldü

Bakıda kafedə bədbəxt hadisə baş verib. May.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, "20-ci sahə” yaşayış massivində yerləşən "Orxan” kafesində baş verib. Kafenin musiqi qrupunun sintezator ifaçısı, 51 yaşlı Aydın adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) iş yerində dünyasını dəyişib. Musiqiçi həmkarları ilə birlikdə musiqi