DYP sürücülərə MÜRACİƏT ETDİ
Xeberler 272

DYP sürücülərə MÜRACİƏT ETDİ

"Paytaxt sakinlərindən "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi yarış ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, xüsusilə treykin keçdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasını nəzərə alaraq, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur".
MAY.AZ xəbər verir ki, bunu Report-un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
"Bakıda keçiriləcək yarışla əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması, habelə ölkəmizə gələn çoxsaylı qonaqların, rəsmi şəxslərin, idmançı və texniki heyətin, eləcə də yerli azarkeşlərin və əhalinin yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə iyunun 13-dək respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini tövsiyə edir.
Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz bir şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti olaraq tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına lazımi dəstəyini və köməyini nümayiş etdirəcəklər.
Bir daha xüsusi ilə regionlardan paytaxta doğru hərəkət edən insanların şəxsi nəqliyyat vasitələrindən yox, müntəzəm nəqliyyat vasitələrindən istifadə etməsini xahiş edirik", - DYP rəsmisi vurğulayıb.

Oxşar xəbərlər

Son xəbərlər