Понедельник
апр 25

Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin aprelin 26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Комментарии (0)

Оставить комментарий