Rafael Cəbrayılovun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Xeberler 379

Rafael Cəbrayılovun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Həbsdə olan 62 yaşlı sabiq deputat Rəfael Cəbrayılovun ölümü ilə bağlı təfərrüat bəlli olub.
Bu barədə Oxu.Az-a "Yeni Klinika"dan məlumat verilib.
Bildirilib ki, xəstəxanaya daxil olan zaman Rəfael Cəbrayılovun saturasiyası 60 olub.
Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Son xəbərlər