22
февраля
2021
11:53
ABŞ-da atışma oldu, ölən və xəsarət alanlar var
ABŞ-ın Missuri ştatının Kennett şəhərində atışma olub.
Bu barədə KAİT-TV telekanalı yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, atışma zamanı 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Əraziyə gələn polis əməkdaşları hadisə yerində beş nəfərin yaralandığını görüb. Onlardan biri sonradan ölüb. Digər yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Telekanal qeyd edib ki, atışma ilə bağlı hər hansı şübhəli şəxs saxlanılmayıb. Təhqiqat aparılır.(publika.az)