22
февраля
2021
11:50
Azərbaycanda son bir həftədə intihar edən iki tələbə ilə bağlı AÇIQLAMA
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.Bir neçə gün əvvəl isə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi, 20 yaşlı Sevil Atakişiyeva Xətai rayonunda çoxmərtəbəli binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. Son bir həftədə baş vermiş tələbə intiharlarını bir-biri ilə bağlayan səbəblər nələrdir?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, son günlər Azərbaycanda intihar xəbərləri intensivləşib:
"Elə bu gün də daha bir intihar xəbəri yayıldı. Düşünürəm ki, gənc ailələrdə sosial problemlərin həllindən tutmuş, psixoloji vəziyyətə qədər hazırlıqlar keçirilməlidir. Azərbaycanda ailə bir institutdur, müəyyən dəyərlər sistemi var. Ümumiyyətlə bu istiqamətdə ciddi işlər aparılmalıdır. Lakin bu intiharların qarşısını almaq üçün nə etmək lazım olduğunu konkret demək çətindir. Kompleks tərbiyə və təhsil sistemi lazımdır.
Narahatlıq yaradan ən böyük səbəb budur ki, ailə daxilində hansısa xırda məsələyə və ya öz şəxsi məsələsinə görə insanlar intihar haqqında
düşünürlər. Ailədaxili konfliktlər və digər məsələlər var ki, insan düşüncəsi bunları qəbul edə bilir. Daha çox gənclərin intiharı ondan irəli gəlir ki, cəmiyyətdə onlara daha çox diqqət ayrılmır. İnsanlara, xüsusilə gənclərə psixoloji yardımın göstərilməsi üçün dövlət ciddi addımlar atmalıdır. Psixoloji yardım haqqında qanun qəbul olundu, ancaq icraya getməyib".