Rusiyada azərbaycanlını öldürüb meyitini...
Xeberler 762

Rusiyada azərbaycanlını öldürüb meyitini...

Rusiyada azərbaycanlını öldürüb meyitini...


Rusiyanın Tver vilayətinin Rameşkovski rayon məhkəməsi Azərbaycan vətəndaşının qətldə ittiham edilməsinə dair cinayət işinə baxacaq.

BiG.AZ xəbər verir ki, vilayət prokurorluğunun məlumatına görə, 2016-cı ilin avqustunda azərbaycanlı Nijni Novqoroddan onlara qonaq gələn öz həmvətənlisini öldürüb. Onlar arasında mübahisə düşüb və müttəhim qurbana bir neçə bıçaq zərbəsi vurub.

Hüquq-mühafizə orqanlarından gizlənməyi düşünmədən meyiti avtomobilə qoyaraq Tverin mərkəzi polis idarəsinə gəlib və törətdiyi əməli etiraf edib.

Qatil və qurbanın adları bildirilmir.

mənbə: oxu.az

Oxşar xəbərlər

Son xəbərlər