20
декабря
2016
21:35
ABŞ-ın dollar qərarından sonra manat kəskin ucuzlaşdı - 100 dollarda 7 manat
Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də okenanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb.
May.Az-in məlumatına görə, bu barədə iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, FES-in qərarından öncə "qara bazar”da 1 dollar 1.83 manata satılırdısa artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Bu isə o deməkdir ki, FES-in qərarından sonra "qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb:
"Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz. Əvvəllər bildirdiyim kimi, "qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir. Bu isə o deməkdir ki, FES qərarından sonra və xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək".