28
сентября
2020
23:38
Ermənistan kişilərin ölkədən çıxmasını məhdudlaşdırdı
Ermənistan hakimiyyəti kişilərin ölkədən çıxmasını məhdudlaşdırıb.
BiG.AZ xəbər verir ki, Trend-in "Nation News"a istinadən verdiyi məlumata görə, artıq 18-55 yaş arasındakı kişilər respublikadan yalnız hərbi komissarlığın icazəsi ilə çıxa biləcəklər.
Bildirilir ki, bunun üçün onlar ərazi hərbi komissarlıqlarından yazılı təsdiq almalıdırlar.