Суббота
окт 15

Sabah Bakıda yağış yağacaq, külək əsəcək...

Sabah Bakıda yağış yağacaq, külək əsəcək...


Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13°, gündüz 14-17°, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % olacaq.

Rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Комментарии (0)

Оставить комментарий