10
октября
2016
15:52
Xorvatiyanın qadın prezidenti Bakıya gəlir (VİDEO)
Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə May.Az Xorvatiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.
Səfər çərçivəsində ikitərəfli görüşlərdən əlavə, Azərbaycan və Xorvatiya şirkətləri arasında biznes forum da keçiriləcək.
Qeyd edək ki, Kolinda Qrabar Kitaroviç 2015-ci ilin fevral ayından bu yana Xorvatiya prezidenti kimi çalışır.
BAKU.WS-in məlumatına görə, 2011-ci ildən etibarən 2014-ci ilə qədər NATO-da fəaliyyət göstərib. Bundan əvvəl isə 2005-2008 illər arasında Xorvatiya xarici işlər naziri və 2008-2011 illəri arasında ABŞ-da Xorvatiyanın səfiri olub.
1993-ci ildən 2015-ci ilə qədər Xorvat Demokrat Birliyi partiyasının üzvüdür. 47 yaşlı xanım prezident internetdə yayılan fotoları ilə sosial şəbəkələrdə geniş müzakirə olunur.