09
мая
2020
19:46
İri ticarət mərkəzləri açıla bilər - Ayın sonunadək...
“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir”.
MAY.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Bununla bağlı müzakirələr aparılır. Böyük ehtimalla iri ticarət mərkəzləri bu ayın sonuna qədər açıla bilər. Amma açılsa iri ticarət mərkəzlərin içərisində yolxuma riskinin artımına şərait yaradan əyləncə mərkəzləri və digər yerlərin fəaliyyəti qadağan oluna bilər”, deyə TƏBİB sədri bildirib.