"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər
Avtomobil 660

"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər

"Formula 1": Azərbaycanda 2 Qran-pri keçirilə bilər


Avstriyanın "Red-Bull" komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko "Formula 1"in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

"Report" "Motorsport Total"a istinadən xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib.

H.Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar.
Məsləhətçi həmçinin bəzi trasslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Qeyd edək ki, "Formula 1"də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.

Oxşar xəbərlər

Son xəbərlər