Вторник
мар 31

Whatsapp bu kodları şifrələnməmiş şəkildə saxlayır

Whatsapp bu kodları şifrələnməmiş şəkildə saxlayır


İki faktorlu autentifikasiya sistemi Whatsapp messencerində 2017-ci ildə istifadəyə verilmişdi.

Bu sistem istifadəçilərin əlavə təhlükəsizliklərinin təmin olunması üçün nəzərdə tutulub. Lakin istifadəçilərin verdikləri məlumatlara əsasən Android smartfonların istifadəçiləri onların məlumatlarını əldə edə bilərlər. Bu barədə WABetainfo saytı xəbər verib.

Belə ki, iki faktorlu autentifikasiya üçün nəzərdə tutulmuş təhlükəsizlik kodları bir növ sandbox-da yerləşirlər. Bu, yaddaşın xüsusi hissəsidir və digər tətbiqlər ona keçid edə bilmirlər. Lakin Android smartfonlarda superistifadəçi rejimini aktivləşdirəndən sonra həmin təhlükəsizlik kodlarını görmək mümkün olur.

Beləliklə superistifadəçi rejimini əldə etmiş istənilən tətbiq təhlükəsizlik kodlarına sahib fayllara baxa bilər. iOS əməliyyat sistemində də autentifikasiya kodları şifrələnmirlər. Buna görə də nəzəri cəhətdən hackerlər müxtəlif sistem boşluqlarından istifadə edərək təhlükəsizlik kodlarını əldə edə bilərlər. Whatsapp tərtibatçılarına faylın şifrələnməsi məsləhət görülüb. (technote.az)

Комментарии (0)

Оставить комментарий