Понедельник
окт 26

Gələn il "Eurovision"da hansı ölkələr iştirak edəcək?

Gələn il "Eurovision"da hansı ölkələr iştirak edəcək?


2021-ci il "Eurovision" mahnı müsabiqəsində 41 ölkənin ictimai yayın təşkilatları iştirak edəcək.

"Report" müsabiqənin saytına istinadən xəbər verir ki, 2020-ci ildəki tədbir ləğv edildikdən sonra sayca 65-ci "Eurovision" Avropa Yayın Birliyi (EBU), habelə onun Niderlanddakı üzv təşkilatları olan NPO, NOS, "AvroTROS"un təşkilatçılığı ilə Rotterdamın "Ahoy Arena"sında gələn ilin 18, 20, 22 may tarixlərində keçiriləcək.

"Eurovision" mahnı müsabiqəsinin icraçı nəzarətçisi Martin Österdal bununla bağlı bildirib:

"Biz 2020-ci ildə yarışmağa hazırlaşan ölkələrin tam olaraq eyni heyəti ilə qarşılaşırıq və onların hamısının gələn il də qayıdacaqlarından vəcdə gəlmişik. Yer sahibi yayınçılarımızla birgə 4 fərqli senari üzərində çalışmağa davam edəcək və bütün iştirakçılarla dialoqu qoruyub saxlayırıq. Kəskin şəraitə baxmayaraq, hər üç tərəfdaşımız 180 milyondan artıq tamaşaçının gözlədikləri həyəcanlı, innovasiyalı "Eurovision" mahnı müsabiqəsinin keçirilməsini təmin etmək üçün əllərindən gələni edirlər".

Müsabiqənin icraçı prodüseri Setse Bakker də iştirakçıların, əməkdaşların, mətbuatın, qonaqların mümkün qədər sağlamlığını qorumaq üçün geniş tədbirlər planı hazırladıqlarını qeyd edib.

Комментарии (0)

Оставить комментарий