^
U

Kişi xanımla necə tanış olmaldır? - 4 QIZIL MƏSLƏHƏT


Kişilər çox vaxt bir xanımla tanış olmaqda çətinlik çəkirlər.

Çox vaxt isə bu cəhdlər boşa çıxır. Çünki qızlar özündənrazı oğlanları bəyənmirlər.

"Lovğalanmaq! Özünü düzgün təqdim etmək" kitabının müəllifi Peqqi Klaus bəyəndiyin qadını tez bir zamanda əldə etməyin sirrini açıqlayıb.

Peqqinin məsləhətlərində bunlar yer alır:

1. Təlaşlanma – emosiyalarına güvən

Qürurlu ol. Bu, istədiyini gec əldə etməyinə səbəb olsa da, müsbət nəticələnir. Ona yaxınlaşıb hisslərini bildir, amma qürurlu ol. Bəyəndiyin gözəl qız qulluq edib, komplementlər de. Əgər o sənə fikir vermirsə, onun yanından uzaqlaş. Görəcəksən, o özü sənə yaxınlaşacaq.

2. Cəlb et

Növbəti addım: ona "İstirahət günü nə etmək istəyirsən?" sualını ver. Əlbəttə ki, o da eyni sualı səndən soruşacaq. Bu zaman "İstəsən bu istirahət günü birlikdə gəzək" cavabını ver. Onunla gözəl bir istirahət keçirt, amma artıq hərəkətlər etməyi ağlına belə gətirmə. Qoy onun sənə olan inamı daha da artsın.

3. Hərəkət et, danışma

Artıq sən onun gözündə ideal bir kişisən. Onu gözəl bir yerə dəvət edib, romantik ab-hava yarat. Onu istəmədiyi heç nəyə məcbur etməyə çalışma, yoxsa o "Kişilərin hamısı vəhşidir" fikrinə qapılacaq. Əks halda, sənin onunla münasibət qurmaq istəyin elə arzu olaraq da qalacaq.

4. Sakitlik

Əgər o nəyəsə etiraz edirsə, kənara çəkilib, mövzunu tamamilə dəyiş. Amma soyuq davranmağı ağlına belə gətirmə. Onunla başqa hadisələrdən danışmağa başla. O, sənin biganəliyini görüb, işə keçəcək. İndi o sənin nə istədiyini reallaşdırmağa cəhd göstərəcək.(publika)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Maraqlı ve Meslehetli Oxunub: 1 392 Tarix: 7-06-2020, 16:56
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az