» » “20 Yanvar dairəsi” ləğv ediləcək - VİDEO

“20 Yanvar dairəsi” ləğv ediləcək - VİDEO


“20 Yanvar dairəsi” ləğv ediləcək - VİDEO


Yasamal rayonu ərazisində "Beşmərtəbə” və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra Bakıda İnşaatçılar prospektindəki "Statistika” dairəsi də bağlanıb.

BAKU.WS-in Xəzər TV-yə istinadən verdiyi məlumata görə, keçmiş "Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairədə dəyşikliklər edilib.

Qeyd edək ki, hazırda sözügedən ərazidə layihə üzrə nəzərdə tutulmuş tikinti işləri davam etdirilir. Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər. Yaranan vəziyyətdən sürücülər də razıdırlar. Onların sözlərinə görə, dairənin bağlanması pik saatlarda ərazidə yaranan sıxlığın qarşısını alacaq.

Yenidənqurma işləri çərçivəsində yolda bütün infrastruktur da qurulur. Yol cizgi xətləri çəkilib, yeni işıqforlar və bir neçə yerdə nişanlar qoyulub.

"Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, paytaxtdakı dairələrin ləğvi davam edəcək. Növbədə "20 yanvar” kimi tanınan dairədir. İşlərə yaxın vaxtlarda start veriləcək.



Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Xeberler Oxunub: 287 Tarix: 30-06-2017, 12:00
Xəbər mənbələrimiz
İstifadeci paneli
Youtube səhifemiz
Vkantakte- biz
Reklam
Saygaclar
inwap.az Яндекс.Метрика MobTop.az