Пятница
июл 06

Ərdoğanın əmlaklarının siyahısı açıqlandı

Ərdoğanın əmlaklarının siyahısı açıqlandı


Türkiyənin “Resmi Gazete”si prezident Rəcəb Tayyib Ərdoğanın əmlakının siyahısını dərc edib.

Məlumata görə, Ərdoğanın üç ayrı bankda və əlində ümumilikdə 6,3 milyon lirə (2,3 milyon AZN) nağd pulu var.

Bundan başqa, Ərdoğan məmləkəti Rizenin Güneysu rayonunun Dumanlı kəndində dəyəri 10 min lirə (3,6 min AZN) olan iki min kvadrat metr ərazisi və Üsküdarda dəyəri dörd milyon lirə olan evə malikdir.

Türkiyə prezidenti dəyəri 234 min lirə (86 min AZN) olan “Audi A8” markalı avtomobilin sahibidir.

Məlumatda qeyd edilib ki, Ərdoğanın Mehmet Gür adlı iş adamına 2 milyon lirə (738 min AZN) borcu var.

Комментарии (0)

Оставить комментарий