^
U

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb


Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

"Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi "Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi "Hyundai” markalı avtomobil ilə toqquşub.

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Bakı, səfirlik, qəza, hadisə
Bölmə: Hadisə Oxunub: 1 121 Tarix: 29-07-2016, 01:40
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az