/// Populyar xeberler


/// Butun mahnilar


/// Teqvim

«    Июль 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

 

/// Опрос на сайте

Оцените работу движка

 
 

/// Xeber Arxivi

Июль 2018 (408)
Июнь 2018 (18)
Май 2018 (38)
Апрель 2018 (82)
Март 2018 (45)
Февраль 2018 (33)

/// Facebook sehifemiz

/// Bakıda polisə yalan məlumat verənlər tutulub

Bakıda polisə yalan məlumat verənlər tutulub


Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib, məlumat təsdiqini tapmayıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.

Yanvarın 3-də isə saat 16.28-də DİN-in «102» Xidmətinə zəng edən naməlum şəxs paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb, anbara baxış keçirilib, bu dəfə də məlumatın yalan olduğu məlum olub.

Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilib. H. İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanılmış, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məlumatda vətəndaşların nəzərinə çatdırılır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcək.скачать dle 11.0фильмы бесплатно

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Siz qeydiyyatdan kecmemisiniz.
Saytda Qeydiyyatdan keç.
/// Оставить комментарий
Имя:* E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Введите код: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив



MobTop.az
© 2016-2018 MAY.AZ | STATISTIKA | MOBIL VERSIYA
Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır
Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.
Created by: MAY.AZ GROUP , Email: info@may.az
» » Bakıda polisə yalan məlumat verənlər tutulub
YUXARı ↑