20:37 Azərbaycanlı bloger evinə robot aldı 20:13 Kriptovalyutalar yeni həftəyə ucuzlaşma ilə başladı 20:12 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - SON QİYMƏTLƏR 20:11 Yeni ildən Azərbaycanda 3 manat tədavülə buraxılacaq? - RƏSMİ 20:10 Bu bürclər hər söhbətdən düz çıxır 20:09 Məşhur amerikalı yazıçı dünyasını dəyişdi 20:07 Yeni il yarmarkasında yanğınla bağlı təhlükəsizlik tədbirləri görülüb 20:06 2025-ci il üzrə peşə tanınması ilə bağlı son imtahan keçiriləcək 20:04 Uşaqlarda ən gec aşkarlanan təhlükə - Övladı olan hər kəsə XƏBƏRDARLIQ 19:45 Bəzi rayonlarda yollar dumanlı olacaq

Qarpız KÖKƏLDİR - Diyetoloqdan ŞOK AÇIQLAMA

Qarpız KÖKƏLDİR - Diyetoloqdan ŞOK AÇIQLAMA
Qarpız KÖKƏLDİR - Diyetoloqdan ŞOK AÇIQLAMA


Qarpız, çoxlarının düşündüyünün əksinə, arıqlamağa kömək etmir.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Moskva vilayətinin baş diyetoloqu İnna Piçugina qarpızın faydalarından danışarkən deyib.

O, qarpız və yemişin tərkibində qanda şəkərinin səviyyəsini artıran saxaroza və fruktoza olduğunu qeyd edərək bildirib ki, onları yedikdən dərhal sonra insanda toxluq hissi yaranır, lakin qısa müddət keçdikdə həmin şəxs güclü aclıq hiss edir. Bu səbəbdən də qarpız diyetası çox vaxt uğursuz olur və yarıda qalır.

Eyni zamanda, Piçugina qarpızın tərkibində güclü antioksidant olan likopinin olduğunu qeyd edib. Bu, ürək xəstəlikləri, xərçəng və digər xəstəlik risklərini azaltmağa kömək edir.

Diyetoloq günortalar tort və şirniyyat əvəzinə 200-300 qramdan çox olmamaq şərti ilə qarpız və yemiş yeməyi məsləhət görüb.

Natəvan Baxşiyeva

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница