16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gecə saatlarında səmada görünən işıq sakinlərdə TƏŞVİŞ YARATDI: Bir çox şəhərdən müşahidə edildi - VİDEO

Gecə saatlarında səmada görünən işıq sakinlərdə TƏŞVİŞ YARATDI: Bir çox şəhərdən müşahidə edildi - VİDEO
Azərbaycan səmasında naməlum obyektlər görünüb. Dünən gecə müxtəlif rayonlardan müşahidə edilən bu obyetklər vətəndaşların da marağına səbəb olub. Bununla bağlı Şamaxı astrofizika rəsədxanasının icraçı direktoru Nəriman İsmayılov ''Xəzər Xəbər''ə açıqlama verib.
Ötən gün axşam saatlarında səmada naməlum obyektlər görünüb. İşıq saçan bu obyektlər vətəndaşların ciddi marağı və təəccübünə səbəb olub. Onlar görüntüləri mobil telefonla qeydə alaraq ''Xəzər xəbər''in vatsap nömrəsinə göndəriblər. Vətəndaşların dediklərinə görə, naməlum obyektlər müxtəlf rayonların ərazilərindən aydın görünüb.
Azərbaycan səmasında müşahidə olunan bu obyektlərin hansı məqsədi daşıdığı sual doğurub. Görüntüləri izləyən Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov ''Xəzər Xəbər''ə bildirib ki, Azərbaycan səmasında görünən bu obyekt ABŞ-ın ''SpaceX'' şirkətinin ''Starlink'' peykidir.
Nəriman İsmayılov deyir ki, ''Starlink'' peykinin hansı ölkələrdən hansı tarixdə keçəcəyi ilə bağlı məlumatlar şirkətin veb səhifəsində qeyd olunub. Qurum rəsmisinin sözlərinə görə, həmin səhifədə "starlink" peykinin Azərbayan səmasından keçəcəyi tarix 22 aprel göstərilib.
Nəriman İsmayılov deyir ki, vətəndaşların narahat olmalarına heç bir əsas yoxdur. Çünki bu obyetklərin səmadan keçməsinin heç bir təhlükəsi yoxdur.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница