28 
iyun
2024
07:43
48
0
8
Virtual karabakh

"Google Translate"dən yenilik

28 iyun, 2024
07:43
8

"Google Translate"dən yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Google" texnologiya korporasiyası "Google Translate" onlayn tərcüməçisinə 110 yeni dil əlavə edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

"İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan "Google Translate"ə 110 yeni dil əlavə edəcəyik", - məlumatda qeyd olunub.

Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var.

Qeyd edilir ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.


Bizimlə əlaqə saxlayın