- Dizel, avtomobil, maşın, ziyan">
- Şikayət et
Dizellə işləyən maşınların sahibləri ziyana düşə bilər - 3 min manata qədər (VİDEO)
Avtomobildən paravoz kimi tüstü çıxır. Səsi isə traktoru xatırladır... Yerli dizel yanacağı ilə işləyən maşınlar mütəmadi yoxlanılmayanda bu hala düşür - səsi və tüstüsü artır. Mütəxəssislər bildirir ki, Azərbaycanda yalnız Avro 3 standartına uyğun dizel satılır ki, bu da 2000-ci ildən əvvəl istehsal edilən avtomobillər üçündür. Belə avtomobillərlə bağlı ustalara tez-tez müraciətlər daxil olur.