Bakı Olimpiya Stadionunda möhtəşəm Yeni il konserti olacaq

Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçiriləcək. May.az-in məlumatına görə, konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.