Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

Bakının Qaradağ rayonunda meyit aşkarlanıb. "Report”un xəbərinə görə, "Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
0
1 015

Bakıda nəhəng ticarət mərkəzi 15 milyon manata satışa çıxarıldı (FOTO)

Bakıda 15 milyon manata obyekt satılır. May.Az-in məlumatına görə, obyekt Memar Əcəmi metrosu yaxınlığında yerləşir. Ümumilikdə 8 mərtəbədən ibarət ticarət mərkəzində pilləkanlar, eskolatorlar, yük və sərnişin üçün liftlər quraşdırılıb. City Mall ticarət mərkəzinin həyətində 30 sot sahəsi var. Ticarət obyekti qiymətinə görə Bakıda satışa çıxarılan ən bahalı əmlaklardan biridir.
0
1 497

Kənan MM: "Paltarlarımı ya 20 yanvardan, ya da Sədərəkdən alıram"

"Əsas paltar deyil, əsas içindəkidir". May.Az məlumat verir ki, bunu rejissor Kənan MM sosial şəbəkədə yazıb. O paltarlarını bahalı ticarət mərkəzlərindən almadığını bildirib: "Mən paltarlarımı ya 20 yanvardan, ya da "Sədərək Ticarət Mərkəzi"indən alıram. Yalandan gopa basmağın mənası yoxdur. Brenddir, markadır, nə bilim nə. Əsas paltar deyil, əsas içindəki
0
1 019