Azərbaycanlı sabiq nazirin əmisi oğlu yol qəzasında öldü

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib. Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyevin idarə etdiyi "Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Sabiq müstəntiq Rüfət Səfərovun məhkəməsi başlayıb

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. May.Az məlumat verir ki, bu barədə "Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları