Məşhur ticarət mərkəzində meyit aşkarlanıb

Bakının Qaradağ rayonunda meyit aşkarlanıb. "Report”un xəbərinə görə, "Sədərək” ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub. Meyitin üzərində zorakılıq əlamətləri görünməyib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
0
1 015