Hava şəraiti pisləşəcək – XƏBƏRDARLIQ

Temperatur enəcək. Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən xəbərə görə, iyunun 7-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli