Metroların qarşısında çadırlar quruldu - bayram yarmarkalarına start verildi

Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən MAY.AZ-a verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı dislokasiya təsdiq olunub. Artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb.