Meqan Markl şahzadə ilə rəqabətə girib
İngiltərə kral ailəsinin yeni gəlini Meqan Markl ilk uşağını dünyaya gətirməyə hazırlaşır. Onun harada doğum edəcəyi də maraqla gözlənilir. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, Marklın uşağı eltisi Keyt Middlton və ailənin bir çox üzvləri kimi "St Mary's" xəstəxanasında deyil, yeni köçdükləri evdə - "Frogmore House" da doğulacaq.