ANS kollektivindən Azərbaycan Prezidentinə açıq məktub

ANS Teleradio və Media Şirkətinin kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib. İstiPress-in məlumatına görə, açıq məktub aşağıdakı kimidir: Hörmətli cənab Prezident! Vaxtınızı açıq məktubla almağımızın səbəbi çox ciddidir. Bütün cəhdlərimizə, qapı-qapı düşüb ədalət axtarışı təşəbbüslərimizə baxmayaraq, yeddi aya yaxındır ki, ANS-in fəaliyyəti dayandırılıb.