ANS-in məhkəməsindən son xəbər

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunun lisenziyasının ləğvi ilə bağlı çıxardığı qərardan şikayəti üzrə məhkəmənin növbəti iclası davam etdirilib. "Report"un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS ÇM-in vəkili Raqif Mustafayev