- Azərbaycan, nazir, sabiq, Fərhad Əliyev">
- Пожаловаться
Azərbaycanlı sabiq nazirin əmisi oğlu yol qəzasında öldü
Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhərindən keçən hissəsində ağır yol qəzası baş verib. Virtualaz.org saytının Şirvan bürosu xəbər verir ki, Cəlilabad rayonu, Alar kəndinin sakini, 37 yaşlı Zaur Alxan oğlu Əliyevin idarə etdiyi "Toyota Prado” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.