Azərbaycanda yeni onlayn pulsuz elanlar platforması yaradıldı. İndi məhsulunuzu satmaq, ya da almaq daha da rahat oldu, çünki elanınız ölkənin ən populyar xəbər saytlarında görünəcək! Bu fürsət MİLYON.AZ Pulsuz Elanlar Saytı tərəfindən hər kəsə təqdim olunur. Mənzilinizi sərfəli şərtlərlə satmaq istəyirsiniz? Etibarlı maşın almağı planlaşdırırsınız? Ən son iş elanlarını axtarırsınız? Bütün
Vahabovlar ailəsində yaşanan ikinci faciədir İctimai Televiziyanın sabiq əməkdaşı Aytac Vahabovanın qardaşı dünyasını dəyişib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bu barədə A.Vahabovanın dostları sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, 18 yaşlı Teymur Vahabov avtomobil qəzasında həlak olub. Qeyd edək ki, bu, Vahabovlar ailəsində yaşanan ikinci faciədir. 2016-cı ilin
Azərbaycanlı tanınmışların iştirak etdiyi "Maşın Şou" verilişindən sonra sənətçilərin hansı avtomobilə sahib olduqlarına dair suallar yaranmağa başladı. Bəzi məşhurlar, xüsusi ilə də müğənnilər bahalı avtomobili bir növ onların şöhrətinin, hətta gücünün göstəricisi kimi qəbul edir. May.Az "Report"a istinadla tanınmışların hansı avtomobilə sahib olduqlarını təqdim edir: Xalq
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. "Report"un xəbərinə görə, layihəyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan
Avtomobildən paravoz kimi tüstü çıxır. Səsi isə traktoru xatırladır... Yerli dizel yanacağı ilə işləyən maşınlar mütəmadi yoxlanılmayanda bu hala düşür - səsi və tüstüsü artır. Mütəxəssislər bildirir ki, Azərbaycanda yalnız Avro 3 standartına uyğun dizel satılır ki, bu da 2000-ci ildən əvvəl istehsal edilən avtomobillər üçündür. Belə avtomobillərlə bağlı ustalara tez-tez müraciətlər daxil olur.
Bakının Nərimanov rayonu ərazisində yolda qalan avtomobili itələyən polislərin videosunu çəkərək sosial şəbəkələrdə yayan gənc həbs olunub. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu video oktyaörın 27-də Heydər Əliyev prospektində çəkilib. Videonu çəkən gənc polislərin texniki nasazlıq yaranmış «Mercedes» markalı itələməsini gülüşlə qarşılayıb və onların bu
Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb. May.Az modern.az-a istinadən bildirir ki, avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri və digər məşhurların övladları da var. Bu
Ağdaşda yol qəza hadisəsi baş verib. May.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, adışəkilən şəhərdə "HUMMER” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış
"Bu Azərbaycanın Dövlət Yol Polisi üçün hazırladığı yeni xidməti avtomobilin dizaynıdır. Yeni layihəmi Daxili İşlər Nazirliyinə təqdim edəcəm". Bunu Milli.Az-a açıqlamasında "AZERANT" adlı ilk milli avtomobilin seriya modellərinin dizayn müəllifi Ramil Nəcəfov bildirib. Onun sözlərinə görə, "AZERANT"ın yeni xüsusi modelinin dizayn layihəsi həmin avtomobillərin Yol
Nəsə son zamanlarda Avtomobil ilə əlaqədar saytlar gözümə çox dəyməyə başlayır. Hara daş atırsan gedib bir avtomobil saytının başına dəyir. 3 dənə, 5 dənə, lap 7-8 dənə olmağını da adam yadırğamaz. Ancaq son zamanlarda qarşıma çıxanları bir kənar yazdım, baxdımki ən az mənim bildiyim 15 dənəsi var. İndi kimin də siyahıya əlavə edəcəyi varsa şərhlərdə edə bilərlər. Mənə maraqlıdır, nəyə görə son
Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb. Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, son dövrdə bu avtomobillərə Azərbaycan bazarında tələbat
Müğənni Bahar Lətifqızı qəzaya düşüb. May.Az Bizimyol.info-ya istinadən məlumat verir ki, ifaçı axşam saatlarında Sumqayıta, Dünya TV-yə çəkilişə gedərkən qəza keçirib. Müğənni, "Ford” markalı avtomobili ilə kanalda yayımlanan, əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu "Sirriniz Qalmasın” verilişinə tələsirmiş. Məlumata görə, Bahar Lətifqızı efirə gecikdiyi üçün maşını